Rusiyadakı türkdillilər azərbaycanlıların vasitəsilə “Dostluq körpüsü” qurdular - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Federasiyasının (RF) Novosibirsk şəhərində "Dostluq körpüsü: Rusiya - türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları" mövzusunda regionlararası forum keçirilib. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Sodrujestvo" türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq Fondu, Rusiya Yazıçılar Birliyinin Novosibirsk regional bölməsinin və Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutub.
Komitədən Milli.Az-a verilən məlumata görə, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən forumda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Milli Məclisin, Rusiya Federasiyası Parlamentinin Yuxarı palatasının, Novosibirsk şəhər Meriyasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, elm və incəsənət xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Sodrujestvo" türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq Fondunun prezidenti, Rusiya Yazıçılar Birliyinin üzvü Mirkazım Seyidov forumun mahiyyətindən danışaraq Azərbaycanın təkcə Rusiyada deyil, bütün dünyada türkdilli və slavyandilli xalqların əməkdaşlığında mühüm rolunu diqqətə çatdırıb.
Daha sonra RF Parlamentinin Yuxarı palatasının üzvü Aleksandr Akimov Federasiya Şurasının spikeri Valentina Matvienkonun salamlarını forum iştirakçılarına çatdırıb.
Forumda çıxış edən Dövlət Komitəsinin nümayəndəsi Tural Səfərov AXC-nin tairixi əhəmiyyətindən, müasir Azərbaycanın dünya arenasında qazandığı uğurlardan və ümumilli lider Heydər Əliyevin siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndəsi Rəşad Həsənov 18 oktyabr - Azərbaycanın Müstəqillik günü münasibətilə qonaqları təbrik edib.
Daha sonra tədbirdə çıxış edənlər Türk-slavyan birliyinin çoxmillətli Rusiyada vacibliyini bildirdirərək, Rusiyadakı Azərbaycan icmasının bu birliyə verdiyi töhfələrdən danışıblar. Forum Azərbaycan və Rusiya incəsənət xadimlərinin konsert proqramı ilə başa çatıb.
Forum çərçivəsində AXC-yə, ümummilli lideri Heydər Əliyevə və müasir Azərbaycana həsr olunmuş sərgi də təşkil edilib.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu gün ilin son Günəş tutulması olacaq
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Tramp Gilmanın azadlığa buraxıldığını təsdiqləyib
-
Rusiya “Zaporojstal”a zərbə endirib, 7 nəfər ölüb, 21 nəfər yaralanıb
-
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
-
Çexiyada quraqlıq kritik həddə çatıb: Çaylar quruyur
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)
-
Bu gün ilin son Günəş tutulması olacaq
-
ÇL: “Play-off” bütün iştirakçıları müəyyənləşdi
-
Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş əri imiş - (Foto)
-
Avtomobilin ön şüşəsini alma sirkəsi ilə silənlər dərddən qurtulurlar
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq" (Video)
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi





