Dünya

Xristian-Demokrat İttifaqının yeni baş katibi seçilib

8 Dekabr 2018 20:56
0 Şərh     Baxış: 166

Xristian Demokratik İttifaqının (XDİ) "Junge Union" gənclər təşkilatının rəhbəri Paul Ziemiak partiyanın baş katibi postunda Anneqret Kramp-Karrenbauerin xələfi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Zeit" nəşrinin yaydığı məlumata görə, Ziemiak XDİ-nin Hamburqda keçirilən qurultayın gedişində partiyanın baş katibi seçilib. Onun bu posta namizədliyini dekabrın 8-də Almaniya kansleri Angela Merkelin əvəzinə partiyanın sədri seçilən Kramp-Karrenbauer şəxsən irəli sürüb.

Xatırladaq ki, 2005-ci ildən Almaniya hökumətinə rəhbərlik edən Angela Merkel bir müddət əvvəl bildirmişdi ki, partiyanın Hamburqda keçiriləcək qurultayında XDİ sədri postuna namizədliyini irəli sürməyəcək, həmçinin 2021-ci ildə kansler seçkilərində iştirak etməyəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.