Dünya

Kaşıkçı cinayətini törədənlərin məhkəməsi İstanbulda aparılsın - Ərdogan

23 Oktyabr 2018 21:12
0 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Səudiyyə Ərəbistanına ərəb jurnalistin qətlində ittiham olunan 18 nəfərin məhkəməsinin İstanbulda aparılmasına çağırış edib.

Recep Tayyip Ərdoğan partiyasının toplantısında etdiyi çıxışında İstanbulda konsulluq binasında öldüyü təsdiqlənən Camal Kaşıkçı (Jamal Khashoggi) cinayəti ilə bağlı danışıb.

O bildirib ki, Səudiyyə Ərəbistanın vətəndaşı olan jurnalistin öldürülməsinin öncədən planlaşdırıldığı haqqında Türkiyə istintaq orqanlarında əsaslı faktlar var.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanına cinayətə görə ittiham olunan 18 nəfərin məhkəməsinin İstanbulda aparılmasına çağırış edib.

Ərdoğan deyib ki, Kaşıqçı sentyabrın 28-də evlilik sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğu binasına girib.

Erdoğan, Kaşıçı, Səudiyyə Ərəbistanı, jurnalistin qətli

Onun sözlərinə görə, istintaqdan aydın olub ki, onun gəlişi barədə cinayəti törədən adamlara xəbər verilib, bir planlaşdırma, yol xəritəsi qurulub.

Prezident deyib ki, oktyabrın 1-də üç nəfərlik bir qrup Səudiyyə Ərəbistanından İstanbula təyyarə ilə gələrək otelə yerləşib və Baş konsulluğa gedib.

Baş konsulluqdan bir qrup isə İstanbuldakı Yalova və Belgrad Meşəsində axtarış işləri aparıb.

Növbəti gün üç nəfərlik bir qrup daha gəlib.

Onun sözlərinə görə, generallar və təhlükəsizlik işçilərindən ibarət bir qrup isə özəl təyyarə ilə gəlib.

Bu qruplar səhər saat 11-ə kimi ayrı-ayrı qruplar halında başkonsulluq binasına gəlib.

Ərdoğan bildirib ki, İstanbul Baş konsulluğunda video müşahidə aparan cihazın yaddaş diski çıxarılıb.

Erdoğan, Kaşıçı, Səudiyyə Ərəbistanı, jurnalistin qətli

Bu saatdan sonra isə Kaşıkçı baş konsulluğun binasına gəlib.

Axşam saatlarında nişanlısı Kaşıkçının baş konsulluqda zorla saxlanıldığı şikayəti ilə Türkiyə hüquq mühafizə orqanlarına şikayət edib.

Təhlükəsizlik kameraları izləniləndən sonra müəyyən olunub ki, Kaşıkçı konsulluqdan çıxmayıb.

Ərdoğan deyib ki, onlar cinayət günü ərəfəsində 15 nəfərlik təhlükəsizlik, kəşfiyyat və məhkəmə tibbi ekspertlərindən ibarət qrupun gəlməsi sualına hələ də cavab tapa bilməyiblər.

Ərdoğan deyib ki, Səudiyyə rəsmləri onun ölümünü 17 gündən sonra etiraf etsələr də, buna əmr verənlər də məsuliyyətə cəlb edilməlidir.

Ərdoğan Səudiyyə Ərəbistanı kralı ilə telefonla danışdığını və əməkdaşlıq barədə razılığa gəldiklərini deyib.

O bildirib ki, məsələ Türkiyənin və beynəlxalq ictimaiyyətin diqqətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.