Dünya

İranda inflyasiya yüksəlib

23 Oktyabr 2018 20:53
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda inflyasiya 13,4%-ə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İranın Statistika Mərkəzi qeyd edib ki, bu ay qiymət indeksində ötən ayla müqayisədə 7,1% artım olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ay indeksdə dəyişikliyin 32,8% olduğunu bildirib. Yəni İranda ailələr 2017-ci ilin analoji dövrü ilə müqayisədə ötən ayda bir məhsulu satın almaq üçün orta hesabla 32,8% əlavə vəsait xərcləyiblər.

Ərzaq, içki və tütün məmulatları qrupunda qiymət indeksi ötən ayla müqayisədə 8,6%, qeyri-ərzaq məhsulları və xidmətlər qrupunda 6,4% artım olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.