Dünya

Səudiyyə kralı Qaşıqçının ailəsi ilə görüşüb

23 Oktyabr 2018 18:58
3 Şərh     Baxış: 1 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Saud qətlə yetirilən jurnalist Camal Qaşıqçının ailəsi ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli mətbuata istinadən məlumat yayıb. Görüşdə vəliəhd şahzadə Məhəmməd bin Salmanın da iştirak etdiyi qeyd edilir. 

Bundan bir qədər əvvəl isə kral baş verən cinayətlə bağlı açıqlama verib. Kral Salman bildirib ki, jurnalistin ölümündə əli olan şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaqlar:

"Öhdəliklərini yerinə yetirməyənlər hesab verəcəklər. Ölümündən məsul olanlar və vəzifəsini yerinə yetirməyənlər, kim olursa olsun cavab verəcək".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.