Dünya

Ukrayna Ermənistanla bağlı şikayət etdi - Ümumdünya Ticarət Təşkilatına

23 Oktyabr 2018 12:32
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Ermənistanla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ÜTT-nin hesabatında bildirilib. 

Buna səbəb rəsmi Yerevanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır. 

Ukrayna Ermənistanla yanaşı Qırğız Respublkasından da təşkilata şikayət edib.

Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər: "Ancaq vergi artırılıb. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb".

Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.