Dünya

Konsulluqda öldürülən jurnalistin qətlinin sifarişçisi - FOTO

23 Oktyabr 2018 09:52
3 Şərh     Baxış: 7 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyəli köşə yazarı Camal Haşoqqinin ölüm əmrini verən şəxslə bağlı iddialar var.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə onun qətlinin sifarişçisi vəliəhd şahzadə Məhəmməd ibn Salman əl Səudun müşaviri Kahtanidir.

İddialara görə, Kathani İstanbul Baş konsulluğuna zəng edərək əvvəlcə Camal Haşoqqini təhqir edib, sonra da öldürülməsi ilə bağlı əmr verib.

Xəbərdə bildirilir ki, Səud əl-Kathani "Skype" ilə baş konsulluğa zəng edərək: "Mənə bu köpəyin kəlləsini gətirin", - deyib.

İddianı yayan "Reuters" agentliyi həmin danışığın səs yazısının Türkiyə Kəşfiyyat İdarəsində olduğunu qeyd edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.