Dünya

ABŞ-da məktəbli müəllimə hücum edərək onu bıçaqlayıb

23 Oktyabr 2018 07:18
0 Şərh     Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da məktəbli bıçaqla müəllimə hücum edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə NBC məlumat yayıb.

Məlumata görə, hadisə Corciya ştatında, Lilbern şəhərindəki orta məktəbdə dərs zamanı baş verib.

Hücum zamanı müəllim yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Təhsil müəssisəsinin rəhbəri bildirib ki, məktəbli həbs edilib. Onun sözlərinə görə, bütün şagirdlər təhlükəsiz şəraitdədir.

Hadisənin səbəbi və başvermə şəraiti araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.