Dünya

Əfqanıstanda 1 çexiyalı hərbçi ölüb, 2-si isə yaralanıb

23 Oktyabr 2018 08:23
0 Şərh     Baxış: 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Herat əyalətində bir qrup silahlı Şindad aviabazasına hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, silahlıların hücumu nəticəsində 1 çexiyalı hərbçi həlak olub, 2-si isə yaralanıb.

Çexiya Baş Qərargahından bildiriblər: "1976-cı il təvəllüdlü bir hərbçi - T.P. - həlak olub və dəstək bölmələri digər 2 üzvü yaralanıb. Hərbi qulluqçulara yerində təxirəsalınmaz tibbi yardım göstərilib, bundan sonra onlar Bəhram bazasındakı hospitala təyyarə ilə aparılıblar. Yaralı hərbçilərin həyati təhlükəsi yoxdur".

Qərargahın nümayəndəsi Yakub Faynor öz növbəsində jurnalistlərə bildirib ki, insidentin digər təfərrüatları barədə məlumat oktyabrın 23-ü veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.