Dünya

Meksikanın 2 ştatında fövqəladə vəziyyət elan edilib

23 Oktyabr 2018 08:13
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Sinaloa və Nayarit ştatlarında "Uilla" qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Meksika Milli Mülki Müdafiə Xidməti qəbul edib.

Xidmətin məlumatına əsasən, fövqəladə vəziyyət rejimi Sinaloanın 7 bələdəiyyəsində, Nayarita ştatının isə 12 bələdiyyəsində tətbiq edilir. Fövqəladə vəziyyət rejimi elan olunduqdan sonra bələdiyyələr fövqəladə hallarda yardım fondunun vəsaitlərinə çıxış əldə etmək imkanına malik olurlar.

Xatırladaq ki, daha əvvəl sakit okeanda formalaşan və Meksika sahillərinə yaxınlaşan "Uilla" qasırğası 5-ci təhlükə dərəcəsindən 4-cüyə qədər düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.