Dünya

Azərbaycanlılar Ukraynada Türkiyə vətəndaşını oğurladılar

22 Oktyabr 2018 20:38
2 Şərh     Baxış: 1 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Lvov vilayətində iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Onlar Türkiyə vətəndaşını oğurlamaqda və onun əvəzində 100 min dollar pul tələb etməkdə ittiham olunurlar.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı yerli polis idarəsi məlumat yayıb.

Naməlum şəxslər silahla təhdid edərək, kişini avtomobilə mindirib və naməlum istiqamətə aparıblar. Daha sonra cinayətkarlar həmin şəxsin qohumlarından pul tələb ediblər.

"Oğurlanmış şəxs azad edilib, həyati təhlükəsi və sağlamlıqla bağlı problemləri yoxdur. 40 yaşlı türkiyəlini oğurlayan şəxslərin 26 və 27 yaşlı azərbaycanlılar olduğu müəyyən edilib. Onlar həbs olunub", - Lvov polis idarəsinin rəhbəri Valeri Sereda məlumat verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.