Dünya

Drezdendə ksenofobiya əleyhinə nümayiş keçirilib

22 Oktyabr 2018 23:09
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 21-də Almaniyanın Drezden şəhərində tolerantlıq və demokratiya tərəfdarlarının ksenofobiya əleyhinə nümayişi keçirilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nümayişdə on minə yaxın insan iştirak edib.

Aksiyada Saksoniya federal əyalətinin baş naziri Mixael Kreçmer, onun müavini Martin Duliq və əyalətin elm və incəsənət naziri Yeva-Mariya Ştanqe iştirak ediblər.

Həmin gün Drezdendə "Pegida" ksenofobiya hərəkatının da nümayişi təşkil olunub. Həmin aksiyada iki mindən beş minədək insanın iştirak etdiyi bildirilir.

Qeyd edək ki, "Pegida" ksenofobiya hərəkatı 2014-cü ilin oktyabrından Drezdendə aksiyalar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.