Dünya

Jurnalistin son görüntüsü - Evlilik həyəcanını yaşayırdı, konsulluqda doğrandı - VİDEO -FOTO

22 Oktyabr 2018 13:48
2 Şərh     Baxış: 3 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabr ayının 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Haşoqqinin son görüntüləri əldə olunub.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Camal Haşoqqi öldürüldüyü günün səhəri hava limanındaykən təhlükəsizlik kameralarına düşüb.

O, onu öldürən şəxslərlə eyni gündə, eyni dəqiqələrdə hava limanında olub. Belə ki, Haşoqqi hava limanından gecə saat 04:07-də, onu öldürən şəxslər isə 04:27-də çıxıb.

Haşoqqi sentyabrın 28-i İstanbula gedərək nişanlısı Hatice Cengiz ilə görüşüb. O, Hatice ilə birlikdə evlilik işlərini tamamlamaq üçün Fatih rayon bələdiyyəsinə yollanıb. Daha sonra sənədləri götürmək üçün Səudiyyənin baş konsulluğuna gedib. O, mobil telefonunu nişanlısına verərək konsulluq binasına daxil olub. 2 saat sonra gülərüz halda binadan çıxıb. Həmin gün axşam təyyarə ilə Londona uçub.

Haşoqqi oktyabrın 2-i (öldürüldüyü gün) yenidən İstanbula gedib. Onu öldürənlər saat 9:55-də konsulluğa daxil olublar. Həmin vaxt Haşoqqi nişanlısı ilə yemək yeyirmiş.

Saat 13:00-da "sənədləriniz hazırdır", deyilərək Haşoqqi konsulluğa çağırılıb. Camal yenə mobil telefonunu nişanlısına verərək içəri daxil olub və bir daha çölə çıxmayıb.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Haşoqqinin öldürülməzdən əvvəl son görüntüsü

Jurnalistin son görüntüsü - Evlilik həyəcanını yaşayırdı, konsulluqda doğrandı - 1

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.