Dünya

İranda kütləvi zəhərlənmə - Spirtdən

22 Oktyabr 2018 13:02
0 Şərh     Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda oktyabrın 19-dan bu günədək spirtli içkilərdən zəhərlənmə nəticəsində 40 nəfər Bəndər Abbasın müalicə mərkəzlərinə müraciət edib.

Milli.Az Trend-ə istainadən xəbər verir ki, bunu İranın Hörmüzqan Vilayəti Tibb Elmləri Universiteti və Səhiyyə və Müalicə Xidmətləri ictimai əlaqələr və beynəlxalq məsələlər üzrə şöbəsinin müdiri doktor Fatimə Novruzian deyib.

Onun sözlərinə görə, zəhərlənmə nəticəsində müraciət edənlər 15-50 yaşlar arasındadır. İndiyədək bir nəfər həyatını itirib, 2 nəfər də reanimasiya şöbəsinə yerləşdirilib.

Novruzian bu müddət ərzində spirtli içkilərdən zəhərlənmə nəticəsində 19 nəfərin böyrəyində nöqsanlar səbəbindən dializ edildiyini deyib: "Pasiyentlərdən 18 nəfəri müalicə olunduqdan sonra xəstəxanadan evə buraxılıb".

26 sentyabr-4 oktyabr müddətində spirtli içkilərdən zəhərlənmə nəticəsində 268 nəfər Hörmüzqan vilayəti xəstəxanalarında yatırılıb, 22 nəfər isə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.