Dünya

Yaponiyanın Facebook-dan TƏLƏBLƏRİ

22 Oktyabr 2018 11:54
0 Şərh     Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti Facebook sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının mühafizəsinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyi tələb etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Yaponiya hökuməti, ilk növbədə, Facebook-un istifadəçilərin zərurət halında məlumatların silinməsi haqqında sorğusuna operativ cavab verməsi üçün təminat almaq istəyir.

Bundan başqa, müvafiq komissiya sosial şəbəkədən burada qeydiyyatdan keçmiş 29 milyon istifadəçinin bu ilin sentyabrında şəxsi məlumatlarının oğurlanması səbəbini araşdırmağı tələb etmək niyyətindədir.

Qeyd edək ki, Facebook "The New York Times" qəzetində sosial şəbəkənin şəxsi məlumatları "Cambridge Analytica" şirkətinə verməsi haqqında yazı dərc olunandan sonra böyük qalmaqalın mərkəzinə çevrilib. Söhbət 87 milyon istifadəçinin fərdi məlumatlarından gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.