Dünya

Jurnalistin ölümündə ittiham edilən şahzadə onun ailəsinə zəng etdi

22 Oktyabr 2018 10:43
3 Şərh     Baxış: 3 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İstanbul Baş konsulluğunda qətlə yetirililən jurnalist Camal Haşoqqinin ailəsinə zəng edib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şahzadə Camal Haşoqqinin ailəsinə zəng edərək baş sağlığı verib.

Şaqqalanaraq öldürülən köşə yazarının ailəsi iddialarla bağlı hər hansı açıqlama verməyib.

ABŞ mediasının iddiasına görə, Qaşıqçının ölümünün sifarişçisi şahzadə özüdür.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.