Dünya

Ana 3 övladının başını bədənindən ayırdı - FOTO

22 Oktyabr 2018 09:45
8 Şərh     Baxış: 4 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, ötən gün Türkiyənin Adana şəhərində ana 3 övladının başını kəsib.

Adananın Yüreğir mahalında yaşayan Selma C. həyat yoldaşının evdə olmadığı zaman 10,8 və 6 yaşları olan 3 övladını vəhşicəsinə qətlə yetirib. O, daha sonra intihara cəhd edib.

Qadın evin qapılarını bağlayıb, uşaqları dəhlizə gətirib, sonra da növbə ilə başlarını kəsib, bədənlərinin yanına düzüb.

Selma sonra biləklərini kəsərək özünə xəsarət yetirib. O, xəstəxanaya aparılıb. Vəziyyəti ağırdır.

Evə gələndə övladlarını başsız halda görən ata şoka düşüb. Psixoloji sarsıntı keçirən kişi də xəstəxanaya çatdırılıb.

Qonşuların ifadəsinə görə, maddi problemlərə görə cütlüyün arasında tez-tez davalar olub, lakin bu, dəhşətli cinayəti törətməyə səbəb deyil. Onlar düşünürlər ki, qadın gözə görünməz qüvvələrin təsiri altına düşüb.

"Tez-tez pul üstündə dalaşırdılar, amma bu cinayət səbəbi deyil deyə düşünürük. Bir anlıq cinnət keçirib, uşaqlarını öldürüb".

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.