Dünya

Tayvanda FACİƏ: 18 ölü, 168 yaralı - YENİLƏNİB

21 Oktyabr 2018 23:45
0 Şərh     Baxış: 1 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:45

Yerli hökümət qatarın relsdən çıxmasına görə baş verən qəza nəticəsində ölənlərin sayını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tayvanda qatarın relsdən çıxması nəticəsində baş verən qəzanın qurbanlarının sayı daha əvvəl məlumat verildiyi kimi 22 deyil, 18 nəfərdir. Qəza nəticəsində 168 nəfər xəsarət alıb.

Xatırladaq ki, Taybeydən Tayduna hərəkət edən qatar relsdən çıxıb, daha sonra onun 5 vaqonu aşıb. Qəza zamanı qatarda 366 nəfər olub. Hadisə yerində xilasetmə əməliyyatı aparılır, xilasedicilərə 120 hərbçi köməklik göstərir.

----------

20:30

Tayvanda qatarın relsdən çıxması nəticəsində baş verən qəzanın qurbanlarının sayı 22-yə çatıb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 171 nəfər xəsarət alıb. Daha öncə 18 nəfərin öldüyü, 160 nəfərin yaralandığı bildirilirdi.

--------

19:34

Tayvanda qatarın relsdən çıxması nəticəsində 18 nəfər ölüb.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 160 nəfər yaralanıb.

Taybeydən Tayduna hərəkət edən qatar relsdən çıxıb, daha sonra onun 5 vaqonu aşıb. Qəza zamanı qatarda 366 nəfər olub. Hadisə yerində xilasetmə əməliyyatı aparılır, xilasedicilərə 120 hərbçi köməklik göstərir.

Vaqonlarda qalan sərnişinlərin dəqiq sayı məlum deyil.

---------

15:16

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 17 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tayvanın mərkəzi xəbər agentliyi bildirib. Ehtimal olunur ki, daha 40 nəfər aşan vaqonlarda köməksiz vəziyyətdə qalıb.

Qeyd olunur ki, qatar Şulin yaşayış məntəqəsindən Tayduna gedirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.