Dünya

NYT: Səudiyyənin vəliəhd şahzadəsi “trollar ordusu” toplayıb

21 Oktyabr 2018 10:45
1 Şərh     Baxış: 2 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və onun yaxın məsləhətçilərinin Ər-Riyadda yaratdıqları gizli təşkilata yüzlərlə "troll" işləyir.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, əməkdaşlar hakim dairələrin tələbi ilə sosial şəbəkələrdə məlumat yayırlar. Qeyd olunur ki, onlar əsasən "Twitter"də fəaliyyət göstərir, həmçinin "WhatsApp" və "Telegram" çatlarında məlumat yerləşdirirlər.

Qəzetin yazdığına görə, sözügedən təşkilatın əməkdaşları ayda 3 min dollara qədər məvacib ala bilərlər.

Səudiyyə "trolları" əsasən Yəmən müharibəsinə və ölkədə qadın hüquqlarına diqqət ayırıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.