Dünya

"Titli" can almaqda davam edir: qurbanların sayı 61 nəfərə çatıb, 57 min ev dağılıb

21 Oktyabr 2018 10:03
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda "Titli" siklonu qurbanlarının sayı artıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Odişa vilayətində 10 gün bundan əvvəl tüğyan edən siklon zamanı itkin düşən daha 4 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin 61 nəfərə çatıb.

Qeyd edilir ki, təbii hadisə Odişa vilayətində 57 min evin dağılmasına səbəb olub. Siklondan ən çox Hajapati, Nayaqarh, Cuttak, Keoncar və Angul bölgələri zərər çəkib.

Xatırladaq ki, daha çox insan tələfatına Hajapati dairəsində rast gəlinir. Orada 39 nəfər dünyasını dəyişib.

Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması, suda boğulmalar və ağacların qurbanı olub. Daha əvvəl 57 nəfərin siklonun qurbanı olduğu bildirilirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.