Dünya

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxdı

21 Oktyabr 2018 09:27
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da "Virginia" tipli, "Vermont" və "Delaware" torpedo silahları ilə təchiz edilmiş iki yeni atom sualtı qayığı suya endirilib.

Milli.Az. Report-a istinadən bildirir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbər verib.

Xəbərdə bildirilir ki, hər bir sualtı qayığın inşası 2,7 milyard dollara başa gəlib.

"Vermont"un Hərbi Dəniz Qüvvələrinə verilməsi mərasimi Konnektikut ştatında, Qroton şəhərində, hərbi-dəniz bazasında keçirilib. "Delaware" Virciniyadakı Nyuport-Nyus bazasında suya buraxılıb.

Sualtı qayıqlardan tikintisinə 2013-cü ildə başlanıb. Onlar ölkənin Hərbi Dəniz Qüvvələri üçün bu tipdən yaradılan sayca 18 və 19-cu sualtı qayıqlardır. Qayıqların Hərbi Dəniz Qüvvələrinin tabeliyinə verilməsi 2019-cu ilin əvvəllərində reallaşacaq.

Qeyd edək ki, bir müddət əvvəl Avstraliyanın ilk sualtı qayığının qalıqları itməsindən 103 il sonra tapılıb

Milli.Az. 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.