Dünya

Əfqanıstanda bir sıra məntəqələrdə seçkilər təxirə salınıb

20 Oktyabr 2018 15:26
0 Şərh     Baxış: 743

Əfqanıstan Müstəqil Seçki Komissiyası bir sıra seçki məntəqələrində seçkilərin keçirilməsini oktyabrın 21-nə təxirə salıb.

Milli.Az bildirir ki, report "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin məntəqələrdə müxtəlif səbəblərdən şənbə günü səsvermənin keçirilməsi mümkün olmayıb. 

Komissiyanın sədri Əbdül Badi Səyyad bildirib ki, oktyabrın 20-də yerli vaxtla saat 13-dək açıla bilməyən seçki məntəqələri bazar günü işləyəcək.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir. Ölkənin paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.