20:12
Əfqanıstanda parlament seçkiləri zamanı törədilən partlayışlar zamanı ölənlərin sayı 44 nəfərə çatıb.
Milli.Az "Report"a istinadən bildirir ki, silsilə terror aktları zamanı həmçinin 200-dən çox insan xəsarət alıb.
Terrorçular seçki məntəqələrini və onların ətrafını hədəf seçiblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktları zamanı onlarla asayiş keşikçisi və bir hərbi qulluqçu həlak olub. Qeyd edilir ki, bu günə qədər 192 silahlı insident qeydə alınıb.
17:33
Əfqanıstanda parlament seçkiləri zamanı 15 nəfər partlayışların qurbanı olub, daha 110 nəfər yaralanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.
----------
13:00
Əfqanıstanın paytaxtı Kabildə parlament seçkiləri günü silsilə partlayışlar olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin DİN nümayəndəsi şəhərin müxtəlif rayonlarında üç partlayışın olduğunu bildirib. Onun sözlərinə görə, partlayışlar seçki məntəqələrinin yaxınlığında baş verib.
İtaliyanın "Emergency" qeyri-hökumət təşkilatı Kabuldakı partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, cərrahiyyə mərkəzinə 30 yaralı, o cümlədən uşaq gətirilib. Azyaşlı daha sonra dünyasını dəyişib.
----------
12:27
Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, insidentin digər təfərrüatı hələlik açıqlanmır.
Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.
Milli.Az