Dünya

Şaqqalanaraq öldürülən jurnalistin son müsahibəsi - FOTO

20 Oktyabr 2018 12:17
0 Şərh     Baxış: 2 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda şaqqalanaraq öldürülən köşə yazarı Camal Qaşıqçının son reportajı yayımlanıb.

Milli.Az CNN Türk-ə istinadla xəbər verir ki, Suriyanın müxalif yönümlü televiziya kanalı olan "Syria TV"də Qaşıqçının müsahibəsi efirə verilib.

Camal Qaşıqçı avqust ayının 15-də alınan müsahibədə Türkiyə-Suriya münasibətləri, İranın Bəşər Əsədə dəstəyi və Suriyadakı vətəndaş müharibəsindən danışıb. O bildirib ki, Türkiyə Suriya xalqının ən yaxşı dostudur.

"Afrin əməliyyatı çox uğurlu və qüsursuz idi, dağıntılar olmadı. Raqqadakı təxribatı gördünüz. Ən əsası da odur ki, Türkiyə terrorçulardan azad etdiyi ərazini suriyalılara verdi".

Türkiyənin düzgün siyasət yeritdiyini dilə gətirən Qaşıqçı "Qarşıda Mənbiç məsələsi də var, amma ABŞ-la münaqişəsiz şəkildə diplomatik yollarla həll etməyə çalışırlar" söyləyib.

O, ABŞ-ın Suriya ilə bağlı planları barədə də danışıb. Qaşıqçı bildirib ki, bugünkü gündə ABŞ-ın prioritetləri fərqlidir. "Artıq çox şey dəyişib. Trampın ABŞ-da vətəndaş müharibəsi, xeyli qalmaqalları var. Ölkənin idarəetməsi artıq əvvəlki kimi deyil. Piramidanın başındakılar dəyişib. Onların zamana ehtiyacları var".

Səudiyyə Ərəbistanının Suriya məsələsi ilə bağlı etdiyi səhvlərdən danışan Qaşıqçı bildirib ki, Səudiyyə Türklərlə birləşməlidir.

"Qətər və Səudiyyəlilər Suriyada mübarizə apardılar. Bunun ağır nəticəsini isə həm Suriya, həm də Ər-Riyad çəkir.

Səudiyyə Ərəbistanı ərəb ölkələrindəki köhnə rejimin qalmasını dəstəkləyir. İstəyir ki, İran Əsədə dəstək olmasın. Lakin Bəşər Əsəd İrandan başqasına güvənmir və İran sayəsində var. Səudiyyə Ərəbistanı 2011-ci ildəki sistemə qayıtmaq, Misirdə olduğu kimi Suriyada da ərəb baharının bitməsini və Yəməndə çevriliş etmək istəyir. Lakin Suriyada bunu etmək çox çətindir, çünki xalq ayaqlana bilər.

Camal müsahibəsində İranın Suriyada yeni demoqrafik xəritə çəkdiyini, Əsədin də bunu dəstəklədiyini bildirib.

İsrail İranla Suriyada münaqişəyə girməz. İranın cavabını vermək Ərəb ölkələrinin işidir. İsrail ərəblərin əvəzinə bunu etməz. Bu işi ən axırıncı edəcək ölkə İsraildir", - Qaşıqçı Suriyadakı İran-İsrail məsələsindən də danışıb.

O, son olaraq bildirib ki, Suriyanın Türkiyə kimi dosta ehtiyacı var və belə dosta sahib olduğu üçün çox şanslıdır.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.