Dünya

2010-dan bəri Əfqanıstanda ilk dəfə parlament seçkiləri keçiriləcək

20 Oktyabr 2018 09:57
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Əfqanıstanda seçkilər keçirilir.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, 2010-cu ildən bəri ilk dəfə, bu gün Əfqanıstanda parlament seçkiləri keçiriləcək.

Parlamentin səlahiyyət müddəti 2015-ci ilin iyun ayında sona çatıb. Seçkilərin 2016-cı ildə keçiriləcəyi nəzərdə tutulsa da, ölkədə yaranan vəziyyətə görə bu vaxta qədər ertələnib və prezidentin fərmanı ilə səlahiyyət müddəti uzadılıb.

Qeyd edək ki, 2 gün bundan əvvəl, Əfqanıstanın Kandahar əyalətində terror aktı törədilib.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.