Dünya

6 yaşlı şagirdin müəlliminə dediyi sözlər cinayətin üstünü açdı - FOTO

20 Oktyabr 2018 12:00
7 Şərh     Baxış: 4 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəlliminə "atam çox nadinclik edir" deyən şagird onu şübhələndirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 6 yaşlı qız müəlliminin köməkliyi ilə anası işgəncədən xilas edib.

İngiltərənin Yorkşir qraflığının Donkaster şəhərində yaşayan 34 yaşlı Skot Kiiqans xanımının həyatını kabusa döndərdiyinə görə tutulub.

6 yaşlı qız atasından müəlliminə şikayət edərək cinayətin üstünü açıb.

"Atam anamı sevdiyini deyir, amma, onu döyür".

Adı açıqlanmayan qızın müəllimi dərhal polisə xəbər verib. Araşdırmalardan sonra uşağın atası saxlanılıb.

Qadın ifadəsində bildirib ki, həyatı 3 ildir qorxu filmlərinə bənzəyir.

"Xəstəxanaya gedəndə elə bildilər ki, qəzaya düşmüşəm, amma ərimin döyərək məni bu hala saldığını deyəndə onlar dəhşətə gəldilər".

Skot Kiiqans 18 il müddətinə azadlıqdan məhrum edilib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.