Dünya

İsrail 150 fələstinlini vurdu - FOTO

20 Oktyabr 2018 12:06
1 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Fələstinin Qəzza bölgəsində növbəti "Qayıdış yürüşü" keçirilib.

Milli.Az İsrailin Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, israilli hərbçilər bu aksiyanı "son 7 ayda ən sakit yürüş" kimi dəyərləndiriblər.

"Çox yəqin ki, Qəzzadakı HƏMAS qruplaşması Qəzza ilə İsrail arasındakı sərhəd boyunca çəkilmiş divarın yanına silahlı "müşahidəçi"lərini düzərək təxribatların və insidentlərin qarşısını almağa çalışıb. İsrail hərbçilərinə tərəf atılmış qumbaralar, partladıcı qurğular və "Molotov kokteyli" olan butulkaların sayı da nisbətən az idi", - Müdafiə Nazirliyinin saytında yazılıb.

Fələstin İnformasiya Mərkəzi və Qəzzadakı Səhiyyə Nazirliyi isə bildirib ki, yürüş zamanı israilli hərbçilər fələstinlilərə atəş açaraq 130 nəfəri yaralayıblar. Yaralılar arasında 25 yeniyetmə və 4 tibb işçisi də var.

İsrailin yaydığı məlumata görə, fələstinlilər əldəqayırma partladıcı qurğunun və ya "Molotov kokteyli" olan butulkaların bağlandığı "od şarları"nı da havaya buraxıblar. Belə şarlar Xof Aşkelon və Şaar a-Neqev bələdiyyələrində yerə düşüb.

Üç qəsəbədə isə "od şarları" yanğınlara səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.