Səudiyyədə "Haşoqqi" zəlzələsi: həbslər başlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanı jurnalist Camal Haşoqqinin ölkənin İstanbuldakı baş konsulluğunun binasında ölümünü rəsmən təsdiqləyib.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, kralın fərmanı ilə Təhlükəsizlik Xidmətinin sədr müavini general Əhməd Assiri işdən qovulub və kral sarayında müşavir statusundan məhrum edilib.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın müşaviri Səud əl Kəhtani də işdən kənarlaşdırılıb.
Rəsmi Ər-Riyadın açıqlamasına görə, Camal Haşoqqi İstanbuldakı baş konsulluğun binasına daxil olanda gördüyü adamlarla dava salıb və davada aldığı zərbələrdən həlak olub.
Ekspertlər bu açıqlamanı ironiya ilə qarşılayıblar. Konsulluqda, görəsən, kimlər işləyirmişlər ki, binaya daxil olan adamla dalaşıb onu öldürürlər?!
59 yaşlı jurnalistlə dalaşanların adları açıqlanmır.
Səudiyyə Ərəbistanının Baş Prokurorluğundan verilən məlumata görə, olayla bağlı olaraq 18 nəfər saxlanılıb.
Bu arada Twitter-də Səudiyyə Ərəbistanının hakimiyyət dairələrinin C.Haşoqqinin ölümü ilə bağlı xəbərlərə "cavab" məqsədilə yaratdığı bot profillərin hamısı qapadılıb.
Həmin saxta profillər "Hamımız vəliəhd şahzadə Məhəmməd bin Salmana inanırıq!" heşteqi ilə məlumatlar yayırdılar. Bot profilləri işlədənlərin məqsədi bu heşteqin trenddə yer alması idi.
Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan məşhur jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.
Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.
C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
XƏBƏR LENTİ
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov





