Dünya

CAR-da mikroavtobusun aşması nəticəsində 20-dən çox insan ölüb - VİDEO

20 Oktyabr 2018 08:58
0 Şərh     Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə günü CAR-ın şimalında yerləşən Limpopo əyalətində bir neçə maşının iştirakı ilə baş verən yol qəzasında 20-dən çox insan həyatını itirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə SABC dövlət televiziya şirkəti məlumat yayıb.

Faciə Modimolle və Mokxoponq yaşayış məntəqələrini birləşdirən N1 yolunda qeydə alınıb.

Bildirilir ki, içərisində 22 nəfərin olduğu sərnişin mikroavtobusu hərəkətdə olan zaman aşaraq bir neçə maşına dəyib. Hazırda ölən və yaralananların dəqiq sayı hələ məlum deyil.

Bundan əvvəl Hindistanda qatar dəmir yolunun üzərinə çıxan insanları vuraraq 50 nəfərdən çox insanın ölümünə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.