Dünya

Kadırov hədə-qorxu gəldi - VİDEO

20 Oktyabr 2018 07:15
0 Şərh     Baxış: 2 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırov İnquş Respublikasında keçirilən etiraz aksiyalarına münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yerli məmurların iştirak etdiyi toplantıda məsələyə toxunan Kadırov Çeçenistan-İnquşetiya sərhədinin dəyişdirilməsi üzündən baş tutan aksiyaların təşkilatçılarına hədə-qorxu gəlib.

"Əgər siz əsl kişisiniz, əgər xalqsınız, əgər bu ərazi sizindirsə (imzalanan sazişdən sonra Çeçenistanın nəzarətinə keçən ərazi-red.), orada mitinq edin. Əgər oradan sağ getsəniz, mən ünvanıma söylədiyiniz olacağam".

Nəşrin yazdığına görə, Kadırovun çıxışı etiraz aksiyalarının liderlərinə ünvanlanıb. Bunlar publisist İdris Abadiyev, İnquşetiyanın sabiq daxili işlər naziri Əhməd Poqorov və sabiq baş nazirin müavini Daud Yandiyevdir.  

Qeyd edək ki, aksiyalar zamanı həmin şəxslər Kadırovun ünvanına sərt ifadələr səsləndiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.