Dünya

ABŞ Putinin sözlərini təsdiqləmədi: Xəbərimiz yoxdur

19 Oktyabr 2018 21:16
1 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD-in Suriyanın Deyr əz-Zor şəhərində çox sayda insanı girov götürməsi barədə hər hansı bir məlumata malik deyilik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Robertson deyib.

Rusiya Prezidenti Vladimir Putinin açıqlaması barədə danışan Robertson bunları deyib:

"Ötən həftə Deyr əz-Zor yaxınlığındakı qaçqın düşərgəsinə hücumları təsdiqlədik, ancaq Putinin dediyi kimi, çoxlu girovların olması barədə bir məlumata malik deyilik. Həmin rəqəmlərə şübhə ilə yanaşırıq. Bundan başqa, bu düşərgədəki ABŞ vətəndaşları haqqında da məlumatımız yoxdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.