Dünya

Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...

19 Oktyabr 2018 20:20
3 Şərh     Baxış: 5 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Cəzirə" telekanalı adının açıqlanmasını istəməyən türkiyəli rəsmilərə istinadən müxalif səudiyyəli jurnalist, "The Washington Post" qəzetinin köşə yazarı Camal Xaşoginin (yaxud Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda necə öldürüldüyünə dair yeni təfərrüatları açıqlayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, telekanal jurnalistin konsulluğa girən kimi dərhal səudiyyəli cəlladların hücumuna məruz qaldığını bildirir.

"Xaşogi içəri girən kimi səudiyyəli cəlladlar jurnalistin üstünə şığıyıb və onu zorla binanın yuxarı mərtəbəsinə aparıblar. Xaşogi konsul Muhammet əl-Üteybinin otağına aparılıb və orada onu heç bir sorğu-sual etmədən birbaşa öldürüblər"-türkiyəli rəsmi belə deyib.

Telekanal bildirir ki, jurnalisti öldürmək üçün konsulun otağında hər şey əvvəlcədən hazırlanmışdı. "Türkiyəli səlahiyyətlilər Xaşoginin harada öldürüldüyünü bildiklərini deyir. Onun cəsədini səudiyyəli patoloji anatomoya mütəxəssisi parçalayıb"-xəbərdə deyilir.

Mənbə deyib ki, patoloji anatomiya mütəxəssisi Salah Tabiki jurnalistin cəsədini 15 dəqiqəyə parçalayıb. Konsulluq binasında axtarış aparmağa göndərilən türkiyəli kriminalistlərə əvvəlcədən cinayət anına aid səs yazıları dinlədilib. Türkiyə heyəti konsulluqda axtarışı bu səs yazısı əsasında aparıblar.

Camal Xaşogi oktyabrın 2-də konsulluğun binasına sənəd almaq üçün girib və bir daha çıxmayıb. Onun konsulluq binasında öldürüldüyü və cəsədinin parçalandığı üzə çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.