Dünya

Kaliforniya gözəli faciəvi şəkildə öldü - FOTO

19 Oktyabr 2018 16:02
0 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narahat ayaqqabılarını çıxarmaq üçün yolun ortasında dayanan Kaliforniya gözəli faciəvi şəkildə ölüb. Bu zaman onu avtomobil vurub. 

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Yana Lavrentyeva gecə saatlarında Los Ancelesin Ensino rayonunda avtomobilin təkərləri altında qalıb. 

Sürücü piyadaya kömək etmək əvəzinə hadisə yerindən qaçıb. 

Hadisə gecəsi Yana əri və dostları ilə restoranda şam edib. Bundan sonra onlar kofe içmək üçün yolu keçmək qərarına gəlib. Qızlar deyib ki, yaşıl işığın yanmasına 18 saniyə qalmış hadisə baş verib. 

Şahidlərin sözlərinə görə, "Toyota 4-Runner" avtomobili yolun ortasında dayanan modeli görüb və sürəti artırıb. Hazırda polis həmin şəxsin axtarışları ilə məşğuldur. 

"Biz reaksiya verə bilmədik. Hər şey qısa zamanda oldu, heç nə edə bilmədik", - modelin rəfiqələrindən olan Yaroslava Markova bildirib. 

Yaroslava deyib ki, Yana yolun ortasında dayanan kimi onu vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. 

"Biz xoşbəxt ailə idik. Bütün vaxtımızı bir yerdə keçirirdik. Uşaqlarımıza hələlik analarının öldüyünü demək istəmirəm. Bu, onlar üçün ağrılı olacaq...", - Yananın əri qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.