Dünya

İnterpolun eks-rəhbəri öldürülüb?

19 Oktyabr 2018 16:12
2 Şərh     Baxış: 1 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnterpolun sabiq rəhbəri Men Hunveyin həyatda olmadığı ehtimal edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikri Hunveyin xanımı Qreys Men "BBC"yə müsahibəsi zamanı səsləndirib. O, həyat yoldaşının sağ olduğuna inanmadığını deyib: "Düşünürəm ki, bu təzyiqlər siyasi səbəblərə görədir. Onun sağ olduğuna əmin deyiləm". 

Qeyd edək ki, bəzi KİV-lərdə Hunveyin xanımına yazdığı son mesaj yayımlanıb. Həmin ismarıcda qısa cümlə və bıçaq emojisi yer alıb. Qreys mesajdan sonra həyat yoldaşına zəng etsə də, onunla əlaqə yarada bilməyib.

Xatırladaq ki, İnterpol rəhbəri sentyabrın sonunda Çinə gedib və bir daha ondan xəbər alınmayıb. O, Çinin qanunlarını pozduğu üçün istintaqa cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.