Dünya

İranın Azərbaycandakı səfiri: "Gəmidə zəhərlənmədən ölənlərin ailələrinə kompensasiya veriləcək"

19 Oktyabr 2018 13:15
0 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə İrana məxsus gəmidə baş verən zəhərlənmə hadisəsilə bağlı Trend-ə açıqlama verib.

Səfir bildirib ki, zəhərlənmə baş verən gəmi Qazaxıstandan Azərbaycana yük daşımaqla məşğul olub: "Gəmi heyəti Qazaxıstan sərhədində zəhərlənib. Özlərini dərhal Azərbaycan sahilinə çatdırıblar. Xoşbəxtlikdən Azərbaycanın Sahil Mühafizə Qüvvələri onların köməyinə çatır və onları xəstəxanaya gətirir.

Hadisə nəticəsində 3 İran vətəndaşı dünyasını dəyişib. Səfirlik və konsulluq nümayəndələri xəstələrə baş çəkib, vəziyyətləri normallaşıb. Hazırda faktla bağlı araşdırmalar aparılır. Səfirlik bununla yanaşı, həmin gəminin işlədiyi şirkətlərlə də hadisə barədə danışıqlar aparır. Hadisə nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə kompensasiyalar veriləcək".

Səfir bildirib ki, dünyasını dəyişənlərin cənazələri hələlik İrana təhvil verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.