Dünya

ABŞ hərbi helikopteri Filippin dənizində gəminin göyərtəsinə düşüb, xəsarət alanlar var - YENİLƏNİB

19 Oktyabr 2018 17:42
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:42

Filippin dənizində ABŞ-ın "MH-60 Seahawk" hərbi helikopterinin "Ronald Reagan" hava nəqliyyatı daşıyan gəminin göyərtəsinə düşməsi nəticəsində 12 nəfər xəsarət alıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinin bu barədəki məlumatına görə, gəminin tibb işçilərinin müşahidə və müayinəsində olan xəsarət alanların vəziyyəti sabitdir.

Hadisə vaxtı helikopterdə dörd nəfərin olduğu bildirilir.

---------

11:47

ABŞ-ın "Sikorsky MH-60 Seahawk" vertolyotu qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində vertolyot Filppin fənizndə "Ronald Reyqan" aviadaşıyıcısının üzərinə düşüb.

Hadisə ilə bağlı məlumat yayan ABŞ Hərbi Dəniz Qüvvələrindən bildiriblər ki, insident səhər saatlarında baş verib.

Yaralıların olduğu bildirilir, lakin dəqiq say deyilmir.

Hazırda yaralılara gəmidə tibbi yardım göstərildiyi qeyd edilir. Lazım olduğu təqdirdə yaralıların sahilə təxliyə ediləcəkləri bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.