Dünya

İsfahanın yeganə SES-i işini dayandırdı

18 Oktyabr 2018 15:12
4 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yağıntıların azalması nəticəsində Zayəndə çayında su səviyyəsi enib və İsfahanın yeganə Su Elektrik Stansiyası işini dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Zayəndə çayı Su Elektrik Stansiyasının və Su Bəndi İdarəsinin direktoru Mahmud Çitçian deyib.

Onun sözlərinə görə, bölgədə 13 ildir davam edən quraqlıq SES-in elektrik istehsalına təsir göstərib və istehsalın bu illərdə azalmasına gətirib çıxarıb. Beləliklə, İsfahanın yeganə SES-i elektrik istehsalı dövriyyəsindən çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.