Dünya

"Ərim yoxdursa yaşamaq istəmirəm" - Hər kəs bu intihardan danışır - FOTO

18 Oktyabr 2018 14:54
5 Şərh     Baxış: 4 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişinin pul həvəsi onun ailəsinin məhv olması ilə nəticələnib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Çində qadın özünü və iki uşağını öldürüb.

Qadın ərinin qəzada öldüyünü düşünərək özünün və övladlarının canına qəsd edib. Belə ki, ər sığorta şirkətindən pul almaq üçün öz ölümünü səhnələşdirib və planı barədə xanımına xəbər verməyib.

34 yaşlı, adı mətbuatda sadəcə He olaraq çəkilən şəxs kirayələdiyi avtomobili ilə qəza törətdikdən sonra yoxa çıxıb. O, sığorta şirkətindən 15 min dollar tələb etmək üçün özünü ölülüyə vurub. 

3 həftə ərindən xəbər almayan qadın onun öldüyünü düşünərək 3 və 4 yaşları olan uşaqlarını vannada boğub, sonra da özünü öldürüb. O, intihar məktubu yazaraq bildirib ki, əri olmayan dünyada yaşamaq istəmir. Qadın o biri dünyada bir olmaq ümidi ilə uşaqlarını da boğub.

İntihardan sonra He ortaya çıxıb və ölüm xəbərini saxtalaşdırdığını etiraf edərək polisə təslim olub. O, bildirib ki, məqsədi sadəcə sığorta şirkətindən 100,000 yuan almaq idi.

Dəhşətli hadisə hazırda Çində ən çox müzakirə olunan məsələyə çevrilib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.