Dünya

Tehranda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır, əgər...

18 Oktyabr 2018 12:46
0 Şərh     Baxış: 1 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranda zəlzələ baş verdiyi halda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır. Tehranda zəlzələyə, sadəcə, 20% hazırlıq var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Böhranın İdarə Olunması Təşkilatının sədri İsmayıl Nəccar deyib.

Onun sözlərinə görə, 10 milyon əhalisi olan Tehranın 8 milyon nəfəri zəlzələ baş verdiyi zaman dolayısı ilə təsir altına düşəcək. Bu qədər əhalini müvəqqəti yerləşdirmək üçün Tehran qədər ərazisi olan 3-4 yerə ehtiyac var. Çünki hazırkı vəziyyətdə Tehranın, sadəcə, 1-3 milyon sakinini müvəqqəti şəkildə yerləşdirmək mümkündür.

Təşkilat sədri Tehranın su təminatı ilə bağlı alternativ su anbarlarının yaradılmasının vacibliyini də qeyd edib: "Hər halda zəlzələ baş verdikdə paytaxtın su sistemi bir müddət fəaliyyətini dayandıracaq. Su anbarları isə yalnız bir müddətlik sakinlərin su ehtiyacını təmin edə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.