Dünya

İnanılmaz vəhşilik: hamilə qadının qarnını kəsərək 8 aylıq uşağını oğurladılar - FOTO

18 Oktyabr 2018 11:02
1 Şərh     Baxış: 3 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın cənub-şərqindəki Joao Pinheiro şəhərində, bir ağaca tikanlı tellərlə bağlanan gənc qadının qarnı kəsilərək səkkiz aylıq uşağı oğurlanıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı Mara Kristiana da Silva bir ağaca bağlanaraq, qarnı bıçaqla kəsilib. 

Tükürpədən olaydan sonra polis əməkdaşları gənc qadının cəsədini yol kənarında ağaca bağlanmış halda tapıblar.

Ana olmağa hazırlaşan qadını oğurlayıb öldürən və uşağını oğurlayanların kimlikləri məlum olub. Onlar, Angelina Rodrigues və əri Roberto Qomes da Silvadır.

Mara Kristiananı öldürən Angelina Rodrigues qucağında uşaqla Sao Lucasdakı bir xəstəxanaya tələsib, yeni doğuş edildiyini deyərək həkimlərdən kömək istəyib.

Ancaq bir gün sonra, cəsədin tapılmasından sonra araşdırmaya başlayan polis qısa zamanda həqiqəti üzə çıxarıb. Qatil qadın polisə bütün etdiklərini etiraf edib.

Polis qətl zamanı Angelina Rodrigue və ərinin yanında üçüncü bir şəxsin də olduğunu təxmin edir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.