Dünya

Maduroya qarşı sui-qəsdlə bağlılığı olan daha 2 nəfər saxlanılıb

18 Oktyabr 2018 08:48
0 Şərh     Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsdlə bağlılığı olan daha 2 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges bildirib.

Onun sözlərinə görə, Osvaldo Kastilyo Lunar, Uilder Vaskes və Rafael Ernesto Dias Kuelyo saxlanılıblar: "Osvaldo Kastilyo Lunar və Uilder Vaskesin Nikolas Maduroya qarşı sui-qəsdlə bağlılığı var. Venesuelanın Hərbi Hava Qüvvələrinin istefada olan podpolkovniki Rafael Ernesto Dias Kuelyo isə məxfi strateji məlumatları Kolumbiyaya otürüb".

Kastilyo Lunarın ifadəsinə əsaslanaraq X.Rodriges venesuelalı müxalifətçi Xulio Borxesi yenidən sui-qəsdlə bağlılığı olmasında ittiham edib.

Qeyd edək ki, hazırda X.Borxes Klumbiyadadır və orada siyasi qaçqın statusu alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.