Dünya

"Maykl" qasırğası ABŞ-da 33 nəfərin ölümünə səbəb olub

18 Oktyabr 2018 08:38
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insan ölümü faktları ən çox Florida ştatında qeydə alınıb - 23 ölü, 6 nəfər Virciniya ştatında həlak olub, 3 nəfər Şimali Karolina və 1 nəfər Corciya ştatında.

Qeyd edək ki, daha əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

"Maykl" qasırğası Florida ştatının Meksiko-Biç şəhərinin şimal-qərbinə ötən həftə çatıb. Küləyin sürəti saatda 250 kilometrə qədər çatıb. Daha sonra qasırğa fırtınaya qədər zəifləyib.

"Fox News" telekanalının məlumatına əsasən, qasırğanın vurduğu zərər 300 milyard dollara yaxın təşkil edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.