Dünya

Türkiyənin əfv etdiyi ABŞ-lı rahibin kilsəsi satıldı - FOTO

17 Oktyabr 2018 17:56
0 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-lı Endryu Bransonun İzmirdə rahiblik etdiyi kilsə 270 min dollara satılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 20 ildir kilsə kimi fəaliyyət göstərən ikimərtəbəli, 90 metrlik binanın elə kilisə kimi fəaliyyətinin davam etdiriləcəyi deyilir.

Qeyd edək ki, 20 ildən çox İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilmişdi. Bu il iyulun 25-də isə ev dustağı edilmişdi. Branson 12 oktyabrda İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.