Dünya

Putin Türkiyəyə səfər edəcək

17 Oktyabr 2018 18:04
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında 4 tərəfli zirvə toplantısı keçiriləcək. Toplantının yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilir. Sammitdə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da V.Putinin Türkiyəyə səfər edəcəyini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.