Dünya

Rusiya və Misir prezidentlərinin görüşü ləğv edildi

17 Oktyabr 2018 17:55
2 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Misir prezidentləri Vladimir Putin ilə Əbdül Fəttah əs-Sisi arasında geniş formatda keçirilməsi planlaşdırılan görüşün Kerçdə baş vermiş partlayışdan sonra ləğv olunmasına qərar verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətindəki mənbə məlumat verib.

"Bəli, danışıqlar ləğv edildi. Əvvəlcədən planlaşdırılan nahar da sual atındadır", - mənbə deyb.

Qeyd edək ki, bu gün Kerçdə Politexnik Kollecində partlayış baş verib. İlkin məlumatlara görə, 18 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov insidentlə bağlı terror hücumu versiyasının nəzərdən keçirildiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.