Dünya

Paşinyan baş nazir postuna namizəd olmayacaq

17 Oktyabr 2018 14:35
0 Şərh     Baxış: 3 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün dünən postundan istefa verən Nikol Paşinyan seçkilər keçirilənə qədər baş nazir postuna namizəd olmayacaq.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Paşinyan hüquqşünaslarla məsləhətləşərək, parlamentin baş nazir seçəcəyi prosedura qatılmayacağını deyib.

"Bu, siyasi yox, hüquqi məsələdir və hüquqşünaslar arasında debatlar gedir. Dünən günün ikinci yarısına olan rəyə görə, namizədliyimi irəli sürməyim doğru qərar olmazdı".

Xatırladaq ki, Ermənistan parlamenti yaxın 2 həftə ərzində baş nazir seçməlidir. Əgər hər 2 müzakirə zamanı baş nazir seçilməzsə, ölkə prezidenti növbədənkənar parlament seçkiləri təyin edəcək.

Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkiləri prosesi başlanıb.

Seçkilərin dəqiq tarixi məlum deyil, lakin N.Paşinyan seçkinin dekabrın birinci ongünlüyündə keçiriləcəyini ehtimal edir.

"Daha əvvəl dediyim kimi, mən baş nazir vəzifəsindən istefa vermişəm. Bu istefanın məqsədi, baş nazir vəzifəsini tərk edərək, üzərimə düşən məsuliyyətdən boyun qaçırmaq deyil, əksinə, qeyri-zorakı, məxməri, xalq inqilabının məntiqi nəticəsinə çatdırmaq - tam hakimiyyəti xalqa qaytarmaqdır", - televiziya çıxışında Nikol Paşinyan bəyan edib.

Ermənistan prezidenti Armen Sarkisyan dünən baş nazirin və hökumətin istefasını qəbul edib.

Lakin yeni hökumət tərtib olunana kimi baş nazir də, onun başçılıq etdiyi hökumət də öz səlahiyyətlərini yerinə yetirməyə davam etdirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.