Dünya

Türkiyədə dolların məzənnəsi 5,7 lirədən aşağı düşüb

17 Oktyabr 2018 12:45
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarından Türkiyədə ABŞ dollarının məzənnəsi 5,7 lirədən aşağı düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, banklararası valyuta bazarında Amerika valyutasının qiyməti bu il avqustun 10-dan bəri ilk dəfə 5,67 lirə ətrafındadır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda qonşu ölkədə Avropa valyutasının qiyməti 6,55 lirə ətrafındadır.

Xatırladaq ki, türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Andru Brunsonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.