Dünya

Liviyanın beynəlxalq hava limanı atəşə tutulub

16 Oktyabr 2018 22:06
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviyanın paytaxtı Tripoli şəhərində fəaliyyət göstərən "Mitigə" beynəlxalq hava limanının ərazisi atəşə tutulub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, dispetçer xidməti rəisi Xalid Əbu Qreisin sözlərinə görə, yaxınlıqda partlayan üç minaatan mərmisi aeroporta heç bir ziyan vurmayıb və hava limanının gündəlik fəaliyyətini pozmayıb.

Qeyd edək ki, bu il avqustun 26-dan Tripolidə silahlı qruplar arasında döyüşlərdə 120-yə yaxın insanın həlak olub. Sentyabrın sonunda atəşkəs əldə olunsa da, ötən müddət ərzində "Mitigə" hava limanı bir neçə dəfə atəşə tutulub, nəticədə reyslərdə fasilələr yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.