Dünya

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

16 Oktyabr 2018 22:06
1 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o özünün " Twitter" səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

"ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.