Dünya

Əsəd İŞİD-in hücumuna şərait yaradıb - Şok hesabat

16 Oktyabr 2018 20:42
1 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsəd rejimi İŞİD terror qruplaşmasının Suriyanın Süveyda mahalında 25 iyulda təşkil etdiyi hücuma şərait yaradıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı hesabat hazırlayıb.

Hesabatda hadisə şahidləri və yaxınlarını itirən bəzi şəxslərin ifadələrinə yer verilib. Bundan əlavə hesabatda may ayında rejim və İŞİD arasında əldə olunan razılıq əsasında 1200 terrorçunun paytaxt Dəməşqdəki Yermuk düşərgəsindən Süveydanın şərqindəki əraziyə getdiyi və rejim qüvvələrinin bölgədəki hərbi nöqtələri boşaldaraq İŞİD-ə şərait yaratdığı bildirilib.

"Rejim qüvvələri hücumlardan 3 gün əvvəl Süveyda mahalında yerli milislərə verdiyi silahları geri aldı. Ancaq bəzi bölgələrdəki milislər silahlarını verməyi qəbul etmədi. Daha sonra məlum oldu ki, İŞİD sadəcə silahları təslim edən kəndlərə hücum edib", - hesabatda deyilib.

Qeyd edək ki, Süveyda mahalında iyulda baş verən İŞİD hücumu zamanı 150 nəfər həlak olmuşdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.